Quantcast
Channel: reklam7e – gerk.az
Viewing all articles
Browse latest Browse all 12

Cəfər Cabbarlının “125 illik yubileyi

$
0
0
05.03.2024-cü il tarixində Respublika Gözdən Əlillər Kitabxanasında, əməkdaşlarımız Ayxan Hüseynov və Zəkəriyyə Qurbanovun həm təşkilatçılığı, həm də aparıcılığı ilə, XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna rolu olan, görkəmli drammaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist, rejissor, aktyor, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi Cəfər Cabbarlının “125 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə oxucularımızla yanaşı, bir-birindən maraqlı və dəyərli qonaqlarımız: “Filologiya Elmləri doktoru”, professor, Cəfər Cabbarlı tədqiqatçısı Asif Rüstəmli, Respublikamızın Xalq artisti Eldost Bayram, Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun dissertantı Tahir Sadıqov və 38 Saylı Musiqi Məktəbinin musiqi müəllimi Babək Məmmədov iştirak edirdi.
Tədbirin açılışını Zəkəriyyə qurbanov etdi. Zəkəriyyə Qurbanov açılış nitqindən sonra digər aparıcımız Ayxan Hüseynovla birlikdə ardıcıl olaraq Azərbaycan drammaturgiyasında dönüş nöqtəsi yaradan Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında müfəssəl məlumat verdilər. Daha sonra Cəfər Cabbarlı yaradıcılığının şah əsərlərindən biri olan “Ana” şeiri Eldost müəllimin səsində oxucularımıza təqdim edildi. Şeirdən sonra Filologiya Elmləri Doktoru professor Asif Rüstəmliyə söz verildi. 
Asif müəllim öz növbəsində hamını salamlayıb, tədbirin ərsəyə gəlməyində əməyi keçənlərə dərin minnətdarlığını bildirərək, Cəfər Cabbarlı ilə bağlı öz fikirlərini bizimlə bölüşdü. Drammaturq qısa bir ömür yaşasa da, bir neçə ömrə sığa biləcək işlər görüb, ədəbiyyat xəzinəmizə çox dəyərli töhfələr verib. Cəfər Cabbarlının yaradıcılığı əbədiyaşardır, onun irsi mədəniyyət, ədəbiyyat tariximizdə silinməz bir izdir.”, deyə, o, öz çıxışında qeyd etdi.
Asif müəllimin çıxışından sonra Cəfər Cabbarlı külliyyatının səsli versiyasının ərsəyə gəlməsində bilavasitə rolu olan, kitabxanamızın dəyərli oxucularından biri Eltun cəfərova söz verildi. 
Oda öz növbəsində Cəfər Cabbarlı ilə bağlı fikirlərini bizimlə bölüşüb, drammaturqa aid olan bəstəkar Əfrasiyyab Bədəlbəylinin nota aldığı “Azad Bir Quşam” adlı mahnını öz valehedici səsi ilə biz oxuculara ərməğan etdi. 
Ruhumuzu oxşayan mahnıdan sonra dəyərli oxucumuz Sahib Əmirov ədibin “Bahar” şeirini səsləndirdi. Sonra isə söz digər qonaqlarımız: Xalq artisti Eldost Bayrama, Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun dissertantı Tahir Sadıqova və 38 Saylı Musiqi Məktəbinin musiqi müəllimi Babək Məmmədova verildi. 
Qonaqlarımızın rəngarəng çıxışlarından sonra dahi mütəfəkkirin “Ey Dan Ulduzu” və “Mən Bir Susmaz Duyğuyam ki” şeirləri səsləndi. 
Sonda, Ayxan Hüseynov tədbirdə iştirak edən hər kəsə təşəkkür edərək tədbiri bağlı elan etdi. Sənət fədaisi olan Cəfər Cabbarlını hər zaman xatırlayacağıq.
Cəfər Cabbarlı- D. 20.03.1899 Ö
 31.12.1934
Hesabatı hazırladı:
Ayxan Hüseynov

Viewing all articles
Browse latest Browse all 12

Trending Articles


Dostluğa aid şəkillər - Foto (1)


Şəxsiyyəti tapın. N-3


WhatsApp Plus Yukle - Yenilendi


WhatsApp üçün Profil şəkilləri


İngiltərə sülalələri haqqında


Ali hisslər


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Humray Qulamova


Xoş Gəldin Aprel Yazılı Şəkilləri


Südlü piroq resepti